2016-12-22 10:05

İslamın ilk illərinin müsəlmanlarından daha üstün insanlar varmı?

Peyğəmbər(s) səhabələrə buyurdu: Onlar sizdən sonra gəlib mənə iman gətirərlər!

Səhabə hədis terminologiyasında peyğəmbəri(s) görüb onunla qısa zaman da olsa belə yoldaşlıq edənə deyilir. Quranda İslam dini yolunda, peyğəmbərə(s) yardım edənlərin fəzilətləri haqda çoxsaylı ayələr var. Bir çoxları bu ayələri səhv başa düşərək səhabələrdən üstün bir insanların olmadığını fikirləşirlər. Amma bu belə deyil.
 
Əhadisu Şuyuxis-Siqat əsərində belə bir hədis nəql edilir:
 
Əvzai deyir: Onun künyəsinin Əba Cəmaa olduğunu hesab edirəm . Ondan istədim ki, peyğəmbərdən (s) eşitdiyin hədislərdən birini bizə desin. Dedi: Sənə yeni bir hədis deyəcəyəm. Bir gün Rəsulullah ilə yemək yeyirdik. Onunla bərabər Ubəydə ibn Cərrah var idi. Dedik: Ey peyğəmbər(s), bizdən üstün biri varmı? Biz səninlə İslamı qəbul etdik və səninlə bərabər cihad edirik. Dedi: Bəli, mənim ümmətimdən olan bir qövm. Onlar sizdən sonra gəlib məni görmədikləri halda mənə iman gətirərlər.
 
Hədislərə görə, ən fəzilətli insanlar dünya tarixinin bu dövrünün insanlarıdır. Bu haqda hədisi Əllamə Məclisi qiymətli Biharul-Ənvar əsərində (cild-52, səh-122) gətiribdir.
 
İmam Səccad(ə) buyurur:
 
"İmamın qeybdə olduğu dövrün insanları ki, onun qeybdə olmasını düşünürlər, onun zühur etməsini gözləyərlər bütün zamanların ən fəzilətliləridirlər. Çünki Allah Təala onlara elə dərrakə, ağıl və bəsirət verib ki, qeybət onlar üçün müşahidə kimidir (sanki qeybdə olan imamı müşahidə edirlər.) Allah onları peyğəmbərin(s) yanında qılınc ələ alıb, cihad edən şəxslər kimi hesab edir. Həqiqətən onlar ixlaslıdırlar. Onlar sədaqətli şiələrdir və istər gizlində istərsə də aşkarda insanları Allahın dininə çağırarlar.”/islaminsesi/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı