2016-12-22 09:39

Azərbaycanın xalq artisti Muxtar Maniyev vəfat etdi

Xalq artisti Muxtar Maniyev dünyasını dəyişib.

Xalq artisti Muxtar Maniyev vəfat edib.

LiderXeber.az-ın verdiyi məlumata görə, M. Maniyev şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

Qeyd edək ki, xalq artisti Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini Bakı şəhəri 199 saylı məktəbində alıb. Daha sonra Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedib.

O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.

Allah rəhmət eləsin!

Səbuhi Vaqifoğlu

LiderXeber.az


SON XƏBƏRLƏR


Yuxarı