2016-12-21 11:52

İran prezidenti Ermənistanda səfərdədir

Ruhani Ermənistana getdi.

Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə İran prezidenti Həsən Ruhani Ermənistana rəsmi səfərə gəlib.

LiderXeber.az "News.am” - a istinadən xəbər verir ki, Yerevan hava limanı "Zavrtnoç” da H.Ruhanini Ermənistan prezidenti Serj Sakisyan özü qarşılayıb.

İran prezidenti Ermənistana səfəri zaman ölkənin baş naziri ilə görüşəcək. Eyni zamanda prezidentin iqamətgahında ölkələr arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair sənədlərin imzalanması gözlənilir.

Danışıqların yekununda prezidentlər mətbuat üçün birgə bəyanatlarla çıxış edəcək. Daha sonra H.Ruhani və S.Sarkisyan Ermənistan-İran biznes forumunda iştirak edəcəklər.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı