2016-12-21 11:12

Sumqayıt Dövlət Dram Teatrında mövsümün ilk premyerası olub

Teatrda tanınmış rejissor Rövşən Almuradlının quruluşunda “Oğru” əsəri tamaşaçılara təqdim edilib.

Sumqayıt Dövlət Dram Teatrında (SDDT) 48-ci mövsümün ilk premyerası olub.

Teatrdan LiderXeber.az-a verilən məlumata görə, tanınmış rejissor Rövşən Almuradlının quruluşunda "Oğru” əsəri tamaşaçılara təqdim edilib.

SalamNews xəbər verir ki, komediyanın sujetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, tamaşa boyu gərgin yaşanan dramatik hadisələrin fonunda məhəbbət və pul dillemması müzakirəyə qoyulur, nəyin həqiqət, nəyinsə yalan olduğuna cavab axtarılır. Tamaşada obrazları Əməkdar artist İzaməddin Bağırov, aktyorlar İlahə Səfərova, Vəfa Qurbanova, Şəmistan Süleymanlı və Elmir Mehdiyev canlandırıblar.

Bildirək ki, yaxın günlərdə teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi "Qan qardaşları” tamaşası da teatrsevərlərin mühakiməsinə veriləcək.

Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı