2016-12-21 10:58

Bu gün Azərbaycana qış fəsli daxil olur

Bu gün Bakı vaxtilə saat 14:44-də qış fəsli başlayır. Həmin vaxt Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək.

Bu gün Bakı vaxtilə saat 14:44-də qış fəsli başlayır. Həmin vaxt Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından LiderXeber.az-a verilən məlumata görə, Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra gün uzanacaq, gecə qısalacaq. 

Qış Günəş duruşunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı