2016-12-21 09:44

Səfir qatili ilə bağlı inanılmaz fakt üzə çıxdı

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu güllələyərək öldürən Mövlud Mərd Altındaş haqqında yeni məqamlar üzə çıxır.

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu güllələyərək öldürən Mövlud Mərd Altındaş haqqında yeni məqamlar üzə çıxır.

LiderXeber.az-ın məlumatına görə, sui-qəsdçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi 8 proqramda təhlükəsizliyi təmin edən polis olaraq səlahiyyətləndirildiyi məlum olub.

Bu barədə Türkiyənin "Hürriyyət” qəzetinin köşə yazarı Əbdulqadir Səlvi yazıb. Köşə yazarı qeyd edib ki, sui-qəsdi həyata keçirən Mərd Altındaş 15 iyul, cevrilişə cəhd gecəsindən sonra prezidentin qatıldığı səkkiz proqramda binanın daxili təhlükəsizliyini təmin edən polislər arasında olub.

Əbdülqadir Səlvi həmçinin qeyd edib ki, iyulun 15-i, səhər saatlarında səhhəti ilə bağlı işdən icazə alan Mərd Altındaşın cevrilişə cəhd gecəsi harda olduğu və nə etdiyi müəmmalı olaraq qalır./musavat/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı