2016-12-20 16:55

Avtomobillərin ehtiyat hissələrinə olan ehtiyacı yerli bazar ödəyəcək

Azərbaycanda avtomobil hissələrinin istehsalı təşkil oluna bilər.

Azərbaycanda avtomobil hissələrinin istehsalı təşkil oluna bilər.

LiderXeber.az xəbər verir ki, bu barədə Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair "Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, hazırda ölkədə avtomobil, traktor və yükdaşıyan avtomobillərin yerli istehsalı əsasən yığımla məhdudlaşdığından perspektivdə avtomobil mühərriklərinin, transmissiya mexanizmlərinin idxalı saxlanılmaqla, qalan hissələr yerli bazardan təchiz oluna bilər.

Bildirilir ki, avtomobil və avadanlıq, qoşqu və yarımqoşqular, elektrik avadanlığı və digər nəqliyyat vasitələrinin istehsalı üzrə sahəvi işçi qruplar yaradılacaq. 

Mədənçıxarma, təbii inhisarlar, müdafiə sənayesi və kənd təsərrüfatında fəaliyyət göstərən iri sifarişçi təşkilatları, sənaye müəssisələrini və müvafiq dövlət orqanlarını əhatə edəcək həmin qruplara Azərbaycanda fəaliyyət göstərən iri transmilli şirkətlərin nümayəndələri dəvət olunacaq./oxu.az/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı