2016-12-20 13:27

Hacətin yerinə yetirilməsi üçün 7 dəfə bu surəni oxumaq kifayətdir

"Taha” surəsi Quranın 20-ci surəsi olub, 135 ayəyə malikdir. Məkkədə nazil olmuşdur. Bu surədə Allahdan, məaddan, Həzrət Musadan (ə) və Adəmdən (ə) söz açılmışdır. Bu surənin başqa bir adı isə "Kəlim”dir. Çünki bu surədə Həzrət Musa (ə) və Allahla olan söhbətləri bəyan olunmuşdur.

LiderXeber.az bildirir ki, bu surənin fəziləti barəsində Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Taha” surəsini oxuyar, Qiyamət günü (ona) bütün mühacir və ənsarların savabı əta olunar”.
İmam Sadiq (ə) buyurur: "”Taha” surəsini oxumağı tərk etməyin, çünki Allah onu sevir. Hər kim onu oxuyar, onu da sevəcəkdir. Hər kim onu oxumağı davamlı edərsə, Allah Qiyamət günü əməl dəftərini sağ əlinə verər, əməllərindən ağır hesab çəkməz. Ona o qədər savab verər ki, razı qalar”. (Tebyan)
Adətən elçiliyə gedən insan oradan razı qayıtmağı arzulayır. Müsbət cavab eşitmək istəyir. Bununla bağlı Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim (Taha) surəsini yazar və yaşıl parçada qərar verər və elçiliyə gedər – elçiliyi rədd olunmaz və hacətinə çatar”.

İmam Sadiq (ə) buyurur: "Hər kimin elçisi yoxdursa və ya elçiliyinə cavab verilmirsə, "Taha” surəsini yazsın, yusun və suyunu üzünə töksün. Allah evliliyini asan edər”.

Hacətin yerinə yetməsi üçün tövsiyə olunur: 100 dəfə "Taha” sözünü deyin və sonra bir "Tövhid” surəsini oxuyun. Bu əməli yeddi dəfə təkrar edin. O zaman ki, 7 dəfə "Tövhid” surəsini oxumusunuz və 700 dəfə "Taha” sözünü demisiniz, ondan sonra "Tövhid” surəsini 17 dəfə oxuyun. Allah hacətinizi yerinə yetirəcəkdir./Deyerler.org/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı