2016-12-20 12:14

Azərbaycanda dollar rekord həddə bahalaşdı

Dolların məzənnəsində dəyişiklik olub.

Bu gün Mərkəzi Bank (MB) növbəti valyuta hərracı keçirib. 

LiderXeber.az xəbər verir ki, hərracın sonunda dolların məzənnəsi yenidən bahalaşıb. 

Belə ki, hərrac 1 ABŞ dolları üçün 1,7525 AZN/USD məzənnəsi ilə başlayıb və 1,7570 AZN/USD məzənnəsi ilə yekunlaşıb. 

Beləliklə, sabah dolların məzənnəsinin bir qədər də bahalaşacağı istisna olunmur. /fins.az/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı