2016-12-20 11:56

Boksçularımız dünya kubokunu qazandılar

Neft ölkələri arasında boks üzrə dünya kuboku yarışlarında boksçularımız çempion olub.

Rusiyanın Nijnevaratovsk şəhərində Sibir neftini kəşf edən, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun xatirəsinə həsr olunmuş neft ölkələri arasında boks üzrə Dünya kuboku yarışları başa çatıb.

LiderXeber.az xəbər verir ki, Neft ölkələri arasında boks üzrə dünya kuboku yarışlarında boksçularımız çempion olub. 

52 kiloqram çəki dərəcəsində Məsud Yusifzadə, 69 kiloda Pərviz Bağırov və 91 kiloda Teymur Məmmədov bütün rəqiblərindən üstün olub və Dünya kubokuna sahib olublar.

Qeyd edək ki, yarışlarda 14 ölkədən 130 idmançı iştirak edib. Qızıl medal sahibləri həmçinin "Beynəlxalq dərəcəli idman ustası” titulunu qazanıblar.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı