2016-12-20 11:16

“Azərişıq”dan yenilik - “ASAN Xidmət”lə səyyar xidmət

Rayon sakinləri ilk dəfə həyata keçirilən bu layihədən razılıqlarını bildiriblər.

"Azərişıq” ASC ilə "ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyətindən üç ilə yaxın vaxt keçir. 2014-cü ilin may ayından etibarən Bakı şəhərində və 2015-ci ilin aprel ayından regionlar daxil 11 "ASAN Xidmət” mərkəzlərində 172.243 nəfərdən çox abonentin müraciəti qəbul edilib və bu müraciətlər qısa müddətdə həll olunub.

LiderXeber.az-a daxil olan məlumata görə, səyyar "ASAN Xidmət” vasitəsi ilə Cəlilabad rayonun bir sıra kəndlərində elektrik sayğacı quraşdırmaq istəyən vətəndaşların müraciətlərinə ən qısa vaxtda baxılıb, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların tətbiqi və bütün əməliyyatlar "bir pəncərə” prinsipi əsasında həyata keçirilib. 

Əvvəllər elektrik xətti çəkmək və elektrik sayğacı quraşdırmaq məqsədilə 10 gün müddətinə alınan texniki şərt səyyar xidmətlə bir saat ərzində əldə edilib və iki günə 68 nəfərə xidmət göstərilib. Rayon sakinləri ilk dəfə həyata keçirilən bu layihədən razılıqlarını bildiriblər.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı