2016-12-20 11:04

"Barselona"dan Messinin müqaviləsi ilə bağlı açıqlama

“Barselona” Lionel Messi ilə müqavilə imzalamaq istəyir.

"Barselona” ulduz futbolçusu Lionel Messi ilə müqavilənin müddətini yeniləmək istəyir.

LiderXeber.az xəbər verir ki, bu, yenin ilk aylarında rəsmiləşə bilər. Bu barədə məlumatı Kataloniya klubunun vitse-prezienti Jordi Mestre verib.

"Biz hələ ki, Messi ilə danışıqlara başlamamışıq. Neymar və Suaresin müqaviləsinin müddətini artıq yeniləmişik. İnanıram ki, 2017-ci ilin ilk 3 ayı ərzində bu məsələ də öz həlini tapacaq” deyə, klub rəsmisi bildirib.

Qeyd edək ki, Messinin "Barselona” ilə olan müqaviləsinin müddəti 2018-ci ilin yayında başa çatır.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı