2016-12-20 10:53

"Lə həvlə və lə qüvvətə" zikrinin mübarək nəticələri

« لاحول و لا قوة الا بالله ...» - "Lə həvlə və lə quvvətə illə billəh..." zikrinin hansı faydaları var?

LiderXeber.az bildirir ki, Əhli-Beyt (ə) mənbələrində bu zikrin bir çox faydaları bəyan edilmişdir. 

Onlardan bəzilərinə nəzər yetirək.

Bəla və qəm-qüssəni aradan aparır.

İmam Sadiq (ə) buyurur: "« لاحول و لا قوة الا بالله ...» - "Lə həvlə və lə quvvətə illə billəh..." zikrini gündə 100 dəfə demək 70 bəlanı insandan uzaq edər ki, onların ən kiçiyi - qəm-qüssədir". (Tebyan)

Behişt xəzinəsi.

Əziz Peyğəmbərimiz (s) buyurur: "« لاحول و لا قوة الا بالله ...» "Lə həvlə və lə quvvətə illə billəh..." zikrini çox deyin ki, o, behişt xəzinələrindəndir".

Sübh namazından sonra yüz dəfə demək.
 
İmam Rza (ə) buyurur: " Hər kim sübh namazından sonra "بسم الله الرحمن
الرحیم، لاحول و لا قوة الا بالله" ("Bismilləhir-Rahmənir-Rahin. Lə həvlə və lə quvvətə illə billəh") yüz dəfə deyərsə, Allahın Əzim adına, gözün qarasının ağına yaxın olmasından daha yaxın olar".
İmam Hüseynin (ə) zümzüməsi.
 
Döyüş İmam Hüseyn (ə) üçün çətin olan və tək qalan zaman atasının övladlarının xeyməsinə üz göndərir. Oranı boş görür. Sonra səhabələrinin xeyməsinə baxır və orada da heç kimi görmür. Sonra dodaqlarında لاحول و لا قوة الا بالله" - "Lə həvlə və lə quvvətə illə billəh" zikrini zümzümə etməyə başlayır...

Yoxsulluğu aradan qaldırır.
 
İmam Cəfər Sadiqdən (ə) nəql edilir ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər kimə yoxsulluq üz veribsə, bu zikri çox desin: @Lə həvlə və lə quvvətə illə billəh"./deyerler.org/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı