2016-12-20 10:43

Putinlə Ərdoğan arasında səfirin ölümü ilə bağlı telefon danışığı olub

Putinlə Ərdoğan razılaşdı.

Rusiya səfir Andrey Karlovun qətlinin açılması üçün Türkiyəyə istintaq təhqiqat qrupu göndərəcək.

LiderXeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığında razılığa gəlinib. Razılıq haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib:

"Prezidentlərin razılaşmasına əsasən, ən qısa müddətdə Türkiyəyə istintaq qrupu göndəriləcək”.

İnsidentin araşdırılması üçün Rusiyadan istintaq qrupu Ankaraya bu gün gedəcək.

Qrup Türkiyə vaxtı ilə saat 11:00-da Ankaraya çatacaq. Heyət sui-qəsdin araşdırılmasında iştirak edəcək.

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib.
Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı