2016-12-20 09:34

Cəbhədə erməni təxribatı səngimir

Mövqelərimiz atəşə tutuldu.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub.

LiderXeber.az xəbər verir ki, işğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı