2016-12-19 21:13

Rusiyanın Türkiyədəki səfiri silahla vuruldu, səfir dünyasını dəyişdi - FOTO - VİDEO

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı silahlı hücum təşkil edilib.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı silahlı hücum təşkil edilib.
 
LiderXeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, özünü polis kimi təqdim edən şəxs Ankarada Müasir Sənətlər Mərkəzinə daxil olub. Mərkəzdə rəsm sərgisində olan səfir çıxış edərkən naməlum şəxs silaha əl atıb. Hücum zamanı üç nəfər yaralanıb.

Müasir Sənətlər Mərkəzi polis tərəfindən mühasirəyə alınıb. Naməlum şəxsin hələ də salonda olduğu bildirilir.

Hadisə yerində olan "Hürriyet" qəzetinin müxbirinin verdiyi məlumata görə, naməlum şəxs səfiri kürəyindən güllələyib. O, səfirə bir neçə güllə vurub. Silahlı Hələbdə baş verənlərlə bağlı şüarlar səsləndirib.

Mərkəzdə 20-dən artıq silah səsləri eşidilib.
 
Türkiyənin daxili işlər naziri Mərkəzə daxil olandan sonra silah səsləri kəsilib.

Qeyd edək ki, RİA Novosti agentliyinin verdiyi xəbərə görə, silahlı hücumdan sonra Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dünyasını dəyişib.






Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı