2016-12-19 17:54

Ağcabədidə yeyib-içmək məclisində kütləvi zəhərlənmə

Ağcabədi rayonunda qidadan zəhərlənmə faktı baş verib.

Ağcabədi rayonunda qidadan zəhərlənmə faktı baş verib.

LiderXeber.az bildirir ki, hadisə Kürdlər kəndində, kənd sakini, 1982-ci il təvəllüdlü Bayramov Pərviz Sabir oğlunun təşkil etdiyi məclisdə qeydə alınıb.

Məclis yekunlaşmamış ev sahibi Pərviz Bayramov, həyat yoldaşı-Bayramova Nuranə Məhi qızı, onlara qonaq gələn İsmayılova Kəmalə Məhi qızı, övladı İsmayılov Bəxtiyar Bəxtiyar oğlunun vəziyyəti qəflətən pisləşib. Onlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. İlkin məlumata görə, onlar ev şəraitində hazırlanan pomidor turşusundan zəhərləniblər. P.Bayramovun vəziyyəti daha ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib./apa/

Aylin Vəliyeva

LiderXeber.a
SON XƏBƏRLƏR


Yuxarı