2016-12-19 16:54

Əliyar Ağayev dünyanın ən yaxşıları sırasında yer alıb

Beynəlxalq dərəcəli hakimimiz ilin ən yaxşıları sırasında

Beynəlxalq dərəcəli futbol hakimləri haqqında olan məşhur bloq "The3rdTeam" 2016-cı ilin ən yaxşı hakimlərini seçib. 

LiderXeber.az-ın məlumatına görə, bu ilin ən yaxşı referisi Çempionlar Liqası və Avro-2016-nın final görüşlərini idarə edən ingiltərəli Mark Klattenburq olub. Siyahıda ikinci pilləni polşalı Şimon Marçinyak, üçüncünü isə sloveniyalı Damir Skomina tutub. 

Azərbaycanlı referi Əliyar Ağayev isə bloqun versiyasına görə ilin "parlayan ulduz" nominasiyasında qalib olub.  

29 yaşlı həmyerlimiz bu il UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarını, həmçinin 19 yaşlı futbolçular arasında təşkil olunan Avropa çempionatının final matçını idarə edib.//interaz/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı