2016-12-19 15:11

Türk hərbçiləri İŞİD-in 11 yaraqlısını zərərsizləşdiriblər

Suriyanın şimalında Əl-Bab şəhərində "İslam dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlılarının hücumu nəticəsində bir türk hərbçisi, "Ərəfat qalxanı” əməliyyatının gedişatında isə 11 yaraqlı məhv edilib.  

LiderXeber.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından bazar ertəsi məlumat yayılıb. 

Həmçinin İŞİD-in mövqelərinə artilleriya silahlarından, eləcə də 52 aviazərbənin endirildiyi bildirilib. Zərbələr nəticəsində terrorçuların müdafiə mövqeləri, silah anbarları və qəragahları məhv edilib./oxu.az/

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı