2016-12-19 09:16

"Real Madrid" dünya çempionu oldu - VİDEO

Dünən klublararası dünya çempionatında final oyunu keçirilib.

Dünən klublararası dünya çempionatında final oyunu keçirilib.

LiderXeber.az xəbər verir ki, Yaponiyada keçirilən turnirin həlledici qarşılaşmasında Madridin "Real” klubu meydan sahibi "Kaşima” ilə qarşılaşıb.

Əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunda qalib əlavə edilmiş dəqiqələrdə müəyyənləşib. Madridlilər 4:2 hesabı ilə qələbə qazanaraq dünyanın ən güclüsü olublar.

Görüşdə "Real"ın portuqaliyalı superulduzu Ronaldo het-triklə yadda qalıb.

Klublararası dünya çempionatı
Final
18 dekabr

"Real” – "Kaşima” – 4:2 (əlavə vaxt)
Qollar: Benzema, 9, Ronaldo, 58 (pen.), 98, 104 - Şibasaki, 44, 52



Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı