2016-12-17 12:26

Neftimiz yenidən bahalaşdı

Neft bahalaşdı.

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.

LiderXeber.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 51,90 dollar, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,19 dollar artaraq 55,21 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,55 dollar və yaxud 2,83% artaraq 56,20 dollara bərabər olub.

Aylin Vəliyeva

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı