2016-12-17 11:14

Yeni tariflə işıqpulu necə hesablanır? - Rəsmi

Azərişıq ASC istehlakçılara diferensial tarif sisteminin tətbiqi ilə bağlı hesablanma mexanizminin izahını təqdim edib.

Azərişıq ASC istehlakçılara diferensial tarif sisteminin tətbiqi ilə bağlı hesablanma mexanizminin izahını təqdim edib.

Azərişıq ASC-nin mətbuat xidmətindən LiderXeber.az-a verilən xəbərə görə, Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli iclasında elektrik enerjisi üzrə tarif tənzimlənməsi aparılıb və diferensial tariflərin tətbiqi 2016-cı il dekabrın 1-dən qərarlaşdırılıb. Belə ki, əhali üzrə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki aylıq istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün tarif dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

ASC-dən bildirilib ki, istehlakçıların çoxsaylı müraciətləri nəzərə alınaraq, ölkədə yeni diferensial tarifə keçidlə bağlı ASC nümunə şəklində hesablanma mexanizmini elektrik enerjisi istehlakçılarının diqqətinə çatdırır. 

Diferensial tarifin hesablanma qaydasının izahı ilə http://www.azerishiq.az/index.php?lang=az&menu=press&cat=news&id=379 linkində tanış olmaq mümkündür.

Aylin Vəliyeva

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı