2016-12-16 12:24

Milli Məclis 2017-ci ilin dövlət büdcəsini qəbul etdi

2017-ci ilin dövlət büdcəsi səsə qoyularaq qəbul olunub.

2017-ci ilin dövlət büdcəsi layhəsi qəbul olunub. 

LiderXeber.az-ın verdiyi xəbərə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib ki, 2017-ci il dövlət büdcəsinin layihəsi və sonrakı 3 il üçün icmal büdcəsinin layihəsinin Milli Məclisdə müzakirəsi zamanı edilən təkliflər təhlil edilib və makroiqtisadi sabitliyin qoruması nəzxərə alınmaqla bəzi tədbirlər üzrə xərclərin arrtırılması nəzərdən keçirilib. 

"Bəzi məsələrin həlli üçün maliyyə təminatı öz həllini tapıb. Mədəniyyət xərclərinin artırılması ilə bağlı təkliflər nəzərə alınıb və bu sahəyə ayrılan vəsaitə 3 mln. mant ayrılması nəzərdə tutulur. Həmçinin Milli Məclisin saxlanılması xərclərinin də 850 min manat artırılması nəzərdə tutulub”. 

Gənclər fondunun vəsaitinin cari ilin səviyyəsində saxlanılnması təklif edilmişdi. Lakin 2017-ci ildə büdcənin hədəfləri nəzərə alınaraq, büdcə yığcamlaşını nəzərə alaraq Gənclər Fonduna azalmaları ciddi problem hesab etmirik. 

2017-ci ilin dövlət büdcəsi səsə qoyularaq qəbul olunub./azvision/

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı