2016-12-16 12:13

Merkel Rusiyaya qarşı sanksiyalardan danışdı

"Rusiyaya qarşı sanksiyalar daha 6 ay uzadılıb."

Ukrayna məsələsi üzrə Minsk razılaşmasında kifayət qədər irəliləyişin olmaması Aİ-nin Rusiyaya qarşı sanksiyaları zəiflətməsinə imkan vermir.

LiderXeber.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Rusiyaya qarşı olan sanksiyaların uzadılmasını şərh edərkən deyib.

"Biz Ukrayna məsələlərindən-Minsk sazişinin həyata keçirilməsi haqqında danışdıq. Minsk razılaşmasını həyata keçirilməsinin ləng getdiyini, lakin bunun yeganə yol olduğunu bildirdik. Təəssüf ki, "sanksiyaları azaltmaq olar” deyə biləcəyimiz qədərə irəliləyiş əldə olunmayıb”,- deyə Merkel Brüsseldə sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki,  Rusiyaya qarşı sanksiyalar daha 6 ay uzadılıb./qafqazinfo/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı