2016-12-16 11:26

Lerikə 40 santimetr qar yağdı: Yollar buz bağlayıb

Lerik rayonuna 35-40 santimetrə qədər qar yağıb.

Lerik rayonuna 35-40 santimetrə qədər qar yağıb.

LiderXeber.az xəbər verir ki, dekabrın 15-də yağan qar nəticəsində rayon ərazisindəki bəzi avtomobil yolları buz bağlayıb:

"Lerik-Lənkəran yolu istiqamətinə və rayonun bəzi ərazilərində qarın hündürlüyü 35-40 santimetrə çatıb. Bəzi yollar buz bağlayıb. Şaxtalı hava şəraiti yolların buzdan təmizlənməsinə mane olub. Hazırda bəzi yollarda buzlaşma hələ də qalır. Kəndlərlə yanaşı, şəhər ərazisindəki avtomobil yolları da buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib. Hava şəraiti ilə əlaqədar bəzi kəndlərin elektrik enerjisi təminatında da problem yaranmışdı. Amma bu problemlər aradan qaldırılıb"./trend/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı