2016-12-16 11:11

“ASAN Viza” xidməti bu gündən işə düşür

“Bu il Azərbaycana gələn turistlərin sayında təxminən 11% artım müşahidə olunur”.

"Bu il Azərbaycana gələn turistlərin sayında təxminən 11% artım müşahidə olunur”.

LiderXeber.az xəbər verir ki, bu sözləri Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov jurnalistlərə açıqlamasında deyib.

"Cari ilin yarım illik statistikasına görə, BƏƏ-dən Azərbaycana gələnlərin sayında 33 dəfə, bütün ərəb ölkələrindən respublikamıza gələnlərin sayında isə 8 dəfə artım müşahidə olunur”.

Onun sözlərinə görə, "ASAN Viza”nın tətbiqindən sonra ölkəyə daha çox turist axını gözlənilir:

"Burada tək 12 ölkə deyil, Azərbaycan üçün əsas hədəf bazarları sayılan ölkələr daxildir”, - deyə nazir müavini deyib.

O, həmçinin əlavə edib ki, "ASAN Viza” sisteminin təbliğindən də çox məsələlər asılı olacaq.

Qeyd edək ki, bu il Azərbaycana gələn 12 ölkə vətəndaşları (BƏƏ, Oman, Qətər, Cənubi Koreya, Çin,  Səudiyyə Ərəbistanı, Sinqapur, Malayziya və s.) vizanı beynəlxalq statuslu hava limanlarından əldə edə biliblər. Bu gündən isə "ASAN Viza” xidməti işə düşür.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı