2016-12-16 10:37

Trampın şirkəti Azərbaycandan gedir

“Trump Organization” şirkəti Azərbaycan daxil olmaqla bir sıra ölkələrdə layihələr üzrə lisenziya razılaşmalarını dayandırır.

"Trump Organization” şirkəti Azərbaycan daxil olmaqla bir sıra ölkələrdə layihələr üzrə lisenziya razılaşmalarını dayandırır.


LiderXeber.az xəbər verir ki, bu barədə "Trump Organization” şirkətinin vitse-prezidenti, baş müşavir Alan Qarten açıqlamasında bildirib.

Məlumatda qeyd olunur ki, bu addım Donald Trampın ABŞ prezidenti kimi andiçmə mərasimi ərəfəsində biznes və siyasətinin münaqişə yarada biləcəyi təhlükəsini aradan qaldırmaq istəyi ilə bağlıdır.

Prezident Tramp maraqların münaqişəsinin qarşısını almaq üçün biznesini tərk edəcəyini və onu övladlarına həvalə edəcəyini bildirmişdi. Trampın yanvar ayında mətbuat konfransı təşkil edəcəyi gözlənilir. 

Qeyd edək ki, Donald Trampın Azərbaycandakı "Trump Hotel and Tower” otelinə görə lisenziya gəliri 2,5 milyon dollar təşkil edib. 33 mərtəbəli "TrampTowers” yelkən formasındadır. Binanın tikintisi 2015-ci ildə tamamlanıb. /azvision/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı