2016-12-16 09:14

Azərbaycanda dolların kursu rekord vurdu - Rəsmi

Dolların məzənnəsində dəyişiklik olub.

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının dekabrın 16-na rəsmi məzənnəsini 1,7525 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən LiderXeber.az-a verilən məlumata görə, bu, 0,29% artım deməkdir.

Qeyd edək ki, dekabrın 14-15-də rəsmi məzənnə 1,7475 AZN/USD olub.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı