2016-12-15 15:06

Zakir Qaralov yeni prokurorlar təyin etdi

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

LiderXeber.az-ın məlumatına görə, bununla bağlı baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sumqayıt hərbi prokuroru Rövşən Əfəndiyev tutduğu vəzifədən azad edilərək Respublika Hərbi Prokurorluğunda istintaqa nəzarət şöbəsinin rəisi, Respublika Hərbi Prokurorluğunun müraciətlərə baxılması şöbəsinin rəisi Zöhrab Kazımov tutduğu vəzifədən azad edilərək Sumqayıt hərbi prokuroru, respublika hərbi prokurorunun böyük köməkçisi Səfər Əhmədov isə Respublika Hərbi Prokurorluğunun müraciətlərə baxılması şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı