2016-12-15 09:44

3 otaqlı ev yandı: 1 nəfər öldü

Astarada yanğın hadisəsi qeydə alınıb.

Astarada yanğın hadisəsi qeydə alınıb.

FHN-in mətbuat xidmətindən LiderXeber.az-a verilən məlumata görə, rayonun Qamışovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 115 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər ev sahibi 1931-ci il təvəllüdlü İsgəndərova Nərgiz Ağahüseyn qızının meyitini aşkar edərək aidiyyatı üzrə təhvil veriblər.

Evin qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın saat 22:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı