2016-12-15 09:40

Manat əksər xarici valyutalara nisbətdə bahalaşıb

Manat bahalaşdı.

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

LiderXeber.az xəbər verir ki, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 14-ü ilə müqayisədə dəyişməyərək 1,7475 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8590 manatdan 1,8369 manatadək azalıb.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,0287 manatdan 0,0284 manatadək ucuzlaşıb. Türkiyə lirəsinin məzənnəsi 0,5007 manatdan 0,4944 manatadək azalıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2116 manatdan 2,1914 manatadək ucuzlaşıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6570 manat olub.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı