2016-12-14 10:50

Metro istifadəçilərinə şad xəbər

"Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu açılır

Təmir-bərpa işləri ilə bağlı qısamüddətli olaraq bağlanan "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu sabahdan sərnişinlərin istifadəsinə veriləcək.

LiderXeber.az xəbər verir ki, bu barədə məlumatı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev yayıb. Onun sözlərinə görə, təmir işləri nəzərdə tutulan vaxtdan tez yekunlaşdığı üçün sərnişinlər sabahdan etibarən 1-ci yoldan istifadə edə biləcəklər.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı