2016-12-14 09:33

Droqbadan türk xalqına mesaj - FOTO

Droqbadan türk xalqına mesaj

Bir müddət "Qalatasaray” klubunda çıxış edən Didye Droqba İstanbulda törədilən terror aktına biganə qalmayıb.

LiderXeber.az "Sputnik”ə istidən xəbər verir ki,  38 yaşlı futbolçu əsgər salamı verərkən çəkdirdiyi şəkili İnstaqram hesabında paylaşıb.

O, şəklin altında "Nə bölə, nə də ayıra bilərsiniz. Türkiyə birlikdə gözəldir” sözlərini yazıb.

Qeyd edək ki, İstanbulda törədilən terror zamanı 44 nəfər dünyasını dəyişib. Ölənlərin çoxu polis əməkdaşıdır. 



Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı