2016-12-14 09:20

Bu rayonlarda qaz olmayacaq

Bu gün saat 10:00-dan 15:00-dək "Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Qubaxəlilli”, saat 10:00-dan 18:00-dək Ağdaş magistral qaz kəmərləri sahəsinin "Yaqublu” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə "Azəriqaz” İB-dən LiderXeber.az-a bildirilib.

Təmir müddətində aparılan işlərin saat 10:00-dan 15:00-dək İsmayıllı rayonunun, 10:00-dan 18:00-dək Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı