2016-12-13 15:56

Şagirdlərin yanvar ayı üçün istirahət günləri açıqlandı

Yanvarın 27-dən məktəblilərdə qış tətili başlayır.

Yanvarın 27-dən məktəblilərdə qış tətili başlayır.

LiderXeber.az-ın xəbərinə görə, Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, 5 günlük tətil yanvarın 31-dək davam edəcək.

Əlavə olaraq, nazirlikdən bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində 31 dekabr (Dünya azərbaycanlılarının həmrəyliyi günü) və 1-2 yanvar (Yeni il) tarixləri bayram günləri kimi təsbit edilmişdir və iş günləri hesab olunmur. 

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 2016-cı il 31 dekabr və 2017-ci il 1 yanvar tarixlərinin istirahət gününə təsadüf etməsi ilə əlaqədar, 2017-cı ildə 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində yanvar ayının 4-ü, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə yanvar ayının 5-i dərs günü olacaq. 

Qeyd edək ki, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) və 5 gün qış tətili (27-31 yanvar) olur. İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.

Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvarı, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. 

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı