2016-12-13 12:22

Əliyar Ağayev Cüneyt Çakır və Nikola Ritsoli ilə bir arada

2017-ci il yanvarın 30-dan etibarən İspaniyanın Malaqa şəhərində TOP və 1-ci qrupa daxil olan FIFA referiləri üçün UEFA-nın təşkilatçılığı ilə kurs keçiriləcək.

LiderXeber.az xəbər verir ki, sayca 25-ci olacaq kursda UEFA-nın dəvətinə əsasən FIFA referisi Əliyar Ağayev də iştirak edəcək.

Martin Atkinson, Mark Klattenburq, Klement Turpin, Deniz Aytekin, Feliks Brıx, Viktor Kassai, Nikola Rizzoli, Canluka Rokki, Paolo Tagliavento, Damir Skomina, Alberto Undiano Mallenco, Yonas Eriksson, Cüneyt Çakır və digər tanınmış hakimlərin də iştirak edəcəyi kursa fevralın 1-də yekun vurulacaq.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı