2016-12-13 10:57

Azərbaycan dünya çempionu olacaqmı?

Bakıda taekvondo üzrə Komandalararası Dünya Çempionatının ilk günündə qrup qarşılaşmalarına yekun vurulub.

Bakıda taekvondo üzrə Komandalararası Dünya Çempionatının ilk günündə qrup qarşılaşmalarına yekun vurulub. 

LiderXeber.az xəbər verir ki, Azərbaycanın Kişilərdən ibarət yığma komandası "B” qrupunda ilk görüşünü Belçikaya qarşı ilə keçirib və qalib gəlib (27:8).

Sonrakı döyüşdə ABŞ üzərində 42:4 hesablı qələbə qazanan kişi taekvondoçularımız qrup 1-cisi kimi yarımfinala yüksəlib. Komandamız yarımfinalda "A” qrupunun 2-cisi Türkiyə ilə qarşılaşacaq. "A” qrupunu lider kimi başa vuran Koreya Respublikasını təmsil edən milli komanda yarımfinal mərhələsində "B” qrupunun 2-cisi Belçika ilə final uğrunda mübarizə aparacaq.

Qadınlardan ibarət Azərbaycan komandası yarımfinala yüksəlməyi bacarmayıb. Qrupun ilk görüşündə ABŞ-a qalib gələn seçməmiz (11:6), sonrakı iki qrup döyüşünü məğlub başa vurub. Qadın taekvondoçularımız əvvəlcə Koreya Respublikasına 2:24, daha sonra Türkiyəyə 1:11 hesabı ilə uduzub. Bununla da, Türkiyə "B” qrupunun ikincisi kimi "A” qrupunun birincisi Çin yığmasına rəqib olub. "B” qrupunda lider kimi qərarlaşan Koreya Respublikası, yarımfinalda "A” qrupunun ikincisi Rusiya ilə həlledici mərhələ üçün yarışacaq.

Yarımfinal və final görüşləri isə sabah keçiriləcək və döyüşlər saat 13:00-da başlayacaq. Bundan başqa, 13 dekabrda Komandalarası Dünya Çempionatında kişi və qadın taekvondoçulardan ibarət qarışıq komandalar mübarizə aparacaq./qafqazinfo/

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı