2016-12-13 10:21

Bakının tanınmış klinikasında əcnəbi öldü

Faktla bağlı araşdırma aparılır.

Bakının Xətai rayonunda yerləşən "Baku Medical Plaza” xəstəxanasında ölüm hadisəsi baş verib.

LiderXeber.az "Report”-a istinadən xəbər verir ki, bu klinikada ürəyindən əməliyyat olunan İraq vətəndaşı, 1990-cı il təvəllüdlü Malik Əl Abbad əməliyyat masasında dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı