2016-12-13 09:52

Azərbaycanda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu.

Azərbaycanda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən LiderXeber.az-a verilən məlumata görə, dekabrın 13-də yerli vaxtla saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.

4.4 maqnitudalı yer sarsıntısı 8 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı