2016-12-12 15:52

Peyğəmbərin (s) möhürünün üzərində nə yazılıb?

Bir əsr yarım öncə Misirdə tapılmış Peyğəmbərin məktubunda aşağı hissədə vurulan o həzrətin möhürü diqqət çəkib.

LiderXeber.az xəbər verir ki,  bəzi rəvayətlərə görə bu gün rəbiul-əvvəlin 12-si peyğəmbərin(s) mövlududur. Amma əksər rəvayətlər peyğəmbərin(s) mövludunun rəbiul-əvvəlin 17-ə təsadüf etdiyini bildirirlər. Bu günlər müsəlmanlar tərəfidnən vəhdət günləri kimi qeyd edilir.
 
Tarixi kitablar və sənədlər arasında peyğəmbərin(s) simasının necə olduğunu əks etdirən dəqiq rəsmlər olmasa da o həzrətin bir sıra ölkələr göndərdiyi məktublar və onlara vurulan möhürlərin rəsmləri hələ də qalır.
 
Ötən əsrdə Misirdə Məhəmməd peyğəmbərin(s) Efiopiya şahına göndərdiyi məktub tapılıb. İndi o məktub Türkiyədə Topqapı muzeyində saxlanılır.
 
Bu məktubun ağaşı hissəsinə vurulan möhür diqqət çəkib.
 
Tarixi faktlara görə peyğəmbər(s) hicri-qəməri ilinin 6-da zil-hiccə ayında Həbəşistan, İran və Rum şahlarına islam dini barədə məktub göndərir.
Məktublar hazırlanır. Lakin səhabələr peyğəmbərə(s) "şahlar möhürsüz məktubu qəbul etmirlər” deyirlər. Peyğəmbər(s) də dərhal bir üzüyün və onun üzərində də bir möhürlü qaşın hazırlanmasını əmr edir. Üzük və onun möhür hissəsi də gümüşdən hazırlanır.
 
Bu möhürün üzərində "Məhəmməd Rəsul Allah” yazılmışdı. Allah ən üstdə, Rəsul ortada, Məhəmməd isə ən aşağıda.
 
Bu gün bu möhürün rəsmini İŞİD terror təşkilatı öz gerbi kimi bayrağına vurub. Məqsəd isə islama və peyğəmbərə(s) qarşı aparılan təbliğatdır.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı