2016-12-12 14:54

Ermənistan ordusunun son iki aydakı itkiləri

Dağlıq Qarabağı işğal altında saxlayan Ermənistan ordusunda hərbçi itkilərinin qarşısını almaq heç cür mümkün olmur.

Dağlıq Qarabağı işğal altında saxlayan Ermənistan ordusunda hərbçi itkilərinin qarşısını almaq heç cür mümkün olmur.

LiderXeber.az xəbər verir ki, oktyabr və noyabr aylarında düşmənin 10 hərbçisi ölüb. Bunun 5-i Qarabağda qeydə alınıb. Daha 4 erməni əsgəri bu və ya digər səbəbdən yaralanıb.

İki ayda Ermənistan ordusunda ölən əsgərlərin 2-si özünü öldürüb, bir hərbçinın Yerevanda intihara cəhdinin qarşısı alınıb.

Bu itkilərin az hissəsi atəşkəs rejiminin pozulması, qalanı isə orduda nizam-intizam qaydalarının kobudcasına pozulması səbəbindən qeydə alınır.

Məhz bu dərəbəylik səbəbindən hərbçilər bir-birini güllələyir, yaxud təzyiqlərə tab gətirməyən sıravi əsgərlər özlərini öldürürlər.

Ermənistan ordusunda oktyabr və noyabr aylarında qeydə alınan və rəsmən açıqlanan itkiləri təqdim edirik.

Qarabağda 5 əsgər ölüb

Noyabr ayında aprel döyüşləri zamanı başından yaralanaraqYerevandakı hospitala yerləşdirilən əsgər Narek Asatryan ölüb.

Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağda daha bir hərbçisini itirib.

Ermənistan mediasına istinadən bildirir ki, hadisə guya Azərbaycan ordusunun atəşkəs rejimini pozması zamanı qeydə alınıb.

Erməni tərəfinin iddiasına görə, Qarabağın şimal-şərqindəki hərbi hissələrdən birinin əsgəri, 20 yaşlı Qurqen Ayvazyan ölümcül güllə yarası alıb.

Çavuş əsgəri güllələyib

Noyabrın 13-də Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağdakı separatçı rejimi qoruyan əsgər 21 yaşlı Vardan Arakelyanı kiçik çavuş güllələyib.

Məlumatda qeyd edilir ki, hərbi hissələrdən birinin döyüş mövqeyində növbədə dayanan əsgərə digər döyüş mövqeyindəki kiçik çavuş odlu silahdan atəş açıb.

Nəticədə qumbaraatan köməkçisi sıravi Vardan Arakelyan ölümcül yaralanıb.

Hərbçi yoldaşını döyüş mövqeyində güllələyən kiçik çavuşun adı açıqlanmayıb.

Vardan Arakelyan Ermənistanın Arvamir vilayətinin Arazap kəndindən hərbi xidmətə çağırılımışdı.

Əsgər əsgəri güllələyib

Oktyabrın 15-də saat 08:40-da Dağlıq Qarabağdakı "N” saylı hərbi hissədə qeydə alınan cinayətin üstü açılıb. İstintaq Komitəsinin araşdırması zamanı məlum olub ki, Vaaqna Virabyanı döyüş postunda hərbçi yoldaşı silahla güllələyərək öldürüb

Bu cinayətə görə saxlanılan hərbçinin adı açıqlanmayıb.

Oktyabrın 11-də Dağlıq Qarabağın şərqindəki hərbi hissələrdən birinin döyüş postunda müqavilə ilə xidmət edən 27 yaşlı Sanasar Qriqoryan ölümcül yaralanıb.

Erməni hərbçi özünü güllələyib

Noybarın 17-də axşam Ermənistan Müdafiə Nazirliyinin Tavuş vilayətindəki hərbi hissələrindən birində xidmət edən İvan Ayrapetyanın meyiti aşkarlanıb.

Ermənistan İstintaq Komitəsi onun özünü başından güllələdiyini bəyan edib. İntihar edən hərbçi Tavuş vilayətinin Noraşen kəndindən olub.

Onun özünü güllələməsinin səbəbi açıqlanmayıb.

Ermənistan ordusunun giziri intihar edib

Oktyabrın 31-də Vanadzor şəhərində gizir M. Arutünyanın yaşadığı evdə qaz borusundan asılmış meyiti tapılıb.

İki uşaq atası olan, 35 yaşlı M. Arutünyanın cibində aşkar edilən məktubda "nə iş görsəm uğursuz alınır, başqa çarəm qalmayıb, xidmətin çətinliyi və sosial problemlərə artıq dözə bilmirəm", - sözləri yazılıb.

Ermənistan ordusunda daha bir hərbçi itkisi Noemberyan regionundakı müdafiə mövqeyində qeydə alınıb. Məlumatda qeyd edilir ki, müqavilə ilə xidmət edən Noemberyan regionunun Axtanak kənd sakini, 29 yaşlı Derenik Xalxalyan Noemberyandakı tibb mərkəzinə aparılanda yolda ölüb. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Oktyabrın 26-dan 27-nə keçən gecə 01 radələrində Ararat vilayətində "Oplel Astra” yoldan çıxaraq elektrik dirəyinə çıpılıb.

Nəticədə avtomobildə olan 19 yaşlı əsgər David Vardanyan aldığı xəsarətdən ölüb.

Avtomobildəki digər 3 nəfər, 20 yaşlı Filip Mkrtçyan, 21 yaşlı Albert Qevorkyan və 14 yaşlı T. Qalstyan xəsarətlərlə Yerevandakı "Erebuni "xəstəxanasına yerləşdiriliblər.

Kapitan avtoqəzada ölüb

Oktyabrın 10-da İcevan-Yerevan avtomobil yolunda hərbçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Mercedes” və "VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan sürücüsü Vaçaqan Hayrabedyan ölüb.

Kapitan rütbəli hərbçi Vaçaqan Hayrabedyanın Ermənistan Silahlı Qüvvələrində xidmət etdiyi bildirilib.

Yerevanda sərxoş əsgər özünü öldürmək istədi

Oktyabrın 4-də saat 02:41-də Fövqəladə Hallar Xidmətinə naməlum şəxsin Yerevandakı Kiyev körpüsüün üstündən özünü atmaq istəməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilərin psixoloji söhbəti zamanı intihar etmək istəyən şəxsin əsgər olduğunu müəyyənləşdiriblər.

Məlum olub ki, V.X. sərxoş vəziyyətdədir və özünü körpüdən atmaqla həyatına son qoymaq niyyətindədir. Ona psixoloji yardım göstərilib, sonradan polis məntəqəsinə gətirilib.

Oktyabrın 7-də Dağlıq Qarabağda 19 yaşlı əsgər Ayk Ambartsumyan yaralanıb. Erməni tərəfinin iddiasına görə, əsgərin yaralanmasına səbəb Azərbaycan ordusunun açdığı atəş olub.

Oktyabrın 20-də Metsavan – Taşir yolunda müqavilə ilə xidmət göstərən və hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb. Sükan arxasında hərbçinin olduğu "Folksvaqen Polo” markalı avtomobil idarəetməni itirilməsi nəticəsində aşıb.

Hadisə zamanı 4 hərbçinin yaralandığı bildirilir. Onlar Taşirdəki xəstəxanaya yerləşdiriliblər.

Qarabağda iki əsgərin yaralanması gizlədilib

Oktyabrin 6-da Dağlıq Qarabağın şimalında dislokasiya olunan hərbi hissədə iki hərbçi ayağından yaralanıb. Bunu "Eqnikner” hərbi hissəsində xidmət edən əsgərlərdən birinin qohumu Lilit qalstyan bildirib.

Onun sözlərinə görə, yaralananlardan biri Lori vilayətində anadan olan Sarqis Arutyunyandır.

"Mən "Eqnikner”dəki insidentdən xəbər tutmuşam. Bütün günü biz uşağa zəng etmişik, o da orada xidmət edir, ancaq həmin ərazidə şəbəkə olmsayıb. Mən kəşfiyyat idarəsinin rəisi ilə əlaqə saxlamışam, o da iki nəfərin yaralandığını bildirib. Onlar indi hospitaldadır, ancaq harada olduqlarını bilmirəm. Əsgərlər ayaqlarından yaralanıblar, bildiyimə görə, ağır yaralanıblar”, - Qalstyan deyib.

Noyabrın 22-də Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağdakı hərbi hissələrdən birində xidmət edən əsgər ağır yaralanıb.

İstintaq zamanı müəyyən edilib ki, hərbi hissələrdən birində döyüş növbətçiliyi zamanı əsgər A. Nersesyan və Aznavur Baleyan arasında mübahisə düşüb.

Bu zaman Nersesyan Baleyanın başından güllə ilə vurub. Ağır yaralanan Aznavur Baleyan hospitala yerləşdirilib.

Ötən illə müqayisədə 2016-cı ildə Ermənistan ordusunda qətl və intihar halları 4 dəfə çoxalıb.

Rəsmi məlumata görə, orduda 2015-ci ildə 3 qətl, 5 intihar hadisəsi qeydə alınıbsa, bu ilin ilk 9 ayında qətllərin sayı 12-yə, intiharların sayı isə 10-a çatıb.

Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin məlumatına görə, 2016-cı ilin 9 ayında orduda 146 ölüm faktı qeydə alınıb: "Onların 77-si aprelin 1-5-də baş verən döyüşlərdə, 69 fakt isə bədbəxt hadisə, təbii fəlakət, qətl, intihar və atəşkəs rejiminin pozulması nəticəsində ölüb”.

Həmin müddətdə ölüm hallarının 20-si Ermənistan, 126-sı isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verib./modern/
Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı