2016-12-12 13:51

Ronaldo “Qızıl top”un verilməsi mərasiminə qatılmayacaq

Portuqaliya millisinin və Madridin "Real" klubunun üzvü Kriştiano Ronaldo "France Football" jurnalının dünyanın ən yaxşı futbolçusu üçün verdiyi "Qızıl top"un mükafatlandırma mərasimində iştirak etməyəcək. 

LiderXeber.az xəbər verir ki, buna səbəb kimi ulduz futbolçunun klublararası dünya çempionatında iştirak üçün Yaponiyaya getməsi göstərilir.

Portuqaliyanın hücumçunun bugünkü mərasimdə "Qızıl top"u qazanacağı gözlənilir. Onun mərasimə canlı telekörpü vasitəsi ilə qatılacağı iddia edilir.

Qeyd edək ki, "Qızıl top"un sahibinin adı bu gün Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq. Mükafata əsas namizədlər Kriştiano Ronaldo (Portuqaliya, "Real”), Lionel Messi (Argentina, "Barselona) və Antuan Qrizmanndır (Fransa, "Atletiko")./qafqazinfo/

Günay Cəfərova

LiderXeber.az


SON XƏBƏRLƏR


Yuxarı