2016-12-12 12:55

Dəm qazı daha iki can aldı

Faktla bağlı araşdırma aparılır.

Bakıda iki nəfər dəm qazından dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LiderXeber.az-a verilən məlumata görə, dekabrın 11-də Binəqədi rayonu ərazisində yaşayan Azad Caniyev və Sabunçu rayonu ərazisində yaşayan Asifə Qasımova evlərində dəm qazından zəhərlənərək ölüblər. 

Hər iki faktla bağlı araşdırma aparılır.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı