2016-12-12 11:15

DTX-dan 4 əməliyyat - Casuslar məhv edildi

Dövlət Təhlükəsizliyi Xidməti qısa müddət ərzində cinayətkarların, casusların məhv edilməsi ilə nəticələnən 4 əməliyyat keçirib.

LiderXeber.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

O bildirib ki, bu istiqamətdə Azərbaycanın xususi xidmət orqanları tək işləmir:

"Biz digər dövlətlərin təhlükəsizlik xidməti orqanları ilə birgə işləyirik, onlarla məlumat mübadiləsi edirik. Əməkdaşlarımız cinayətkar dəstələrin üzvlərini saxlayarkən silahli müqavimətlərlə üzləşiblər və onların qarşısı qətiyyətlə alınıb".

Azərbaycanda dolların "qara bazarı" olduğunu deyən nazir, bununla bağlı dövlət başçısının tapşırığına əsasən, məruzələr etdiyini bildirib:

"Bununla bağlı cinayət işi qaldırılıb, bu istiqamətdə iş davam etdirilir. Müəyyən adamlar saxlanılıb, müəyyən adamların isə adları keçir. Bu istıqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq".

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı