2016-12-12 10:59

Mədət Quliyev “reket”lərin həbsindən danışdı

Onlar məmur uşaqları ilə bağlı qanunsuz çəkiliş edib.

"Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs olunan reket jurnalistlər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olub, müəyyən vəzifəli insanların uşaqları ilə bağlı qanunsuz çəkilişlər aparıblar”.

LiderXeber.az Trend-ə istinadən xəbər verir ki, bunu dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyev deyib. Onun sözlərinə görə, həmin şəxslər bu cür videogörüntülərlə həmin şəxslərdən pul tələb ediblər: "Bunula bağlı Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi qaldırılıb və məsələyə hüquqi qiymət veriləcək".

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı