2016-12-12 09:52

Bu gün Çempionlar Liqasında 1/8 finalın püşkatma mərasimi keçiriləcək

Bu gün İsveçrənin Nyon şəhərində Avropanın nüfuzlu klub turniri olan Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

LiderXeber.az Report-a istinadla xəəbər verir ki, püşk turnirin "play-off” mərhələsinin 16 iştirakçısını bir-birinə rəqib edəcək.

1/8 final iştirakçıları qrup mərhələsinin nəticələrinə görə, iki səbətə bölünüblər. Səkkiz qrupun qalibi ("səpələnmiş komandalar”) ikinci yeri tutan komandalarla qarşılaşacaq. Lakin eyni qrupda yer alan və ya eyni ölkəni təmsil edən komandalar bir-biri ilə düşə bilməyəcək.

Səkkiz "səpələnmiş” komanda siyahısına İngiltərənin "Arsenal” və "Lester”, İtaliyanın "Napoli” və "Yuventus”, İspaniyanın "Barselona” və "Atletiko”, Fransanı təmsil edən "Monako”, Almaniyanın "Borussiya Dortmund” klubu daxildir. Onlar PSJ (Fransa), "Benfika” və "Portu” (Hər ikisi Portuqaliya), "Mançester Siti” (İngiltərə), "Bavariya” və "Bayer” (Hər ikisi Almaniya), həmçinin "Real” və "Sevilya” (Hər ikisi İspaniya) ilə qarşılaşa bilərlər.

UEFA-nın mənzil qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da başlayacaq. Ardınca 16:00-da Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.

1/8 final mərhələsinin ilk oyunları 2017-ci ilin 14-15 və 21-22 fevral tarixlərində öz qrupunda ikinci yeri tutmuş komandaların meydanlarında keçiriləcək. Cavab oyunları 7-8 və 14-15 mart tarixlərində baş tutacaq.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı