2016-12-10 11:48

Allaha ümidimiz və ondan qorxumuz hansı həddə olmalıdır?

Mömin insanda qorxu və ümid yanaşı olmalıdır. Mömin zahirdə bir-birilə ziddiyyətli xüsusiyyətlər kimi görünən bu iki sifəti özündə necə cəmləşdirə bilər?

 Allahdan ümidini itirmək kafirlərin xislətidir. Bu barədə Yusif surəsinin 87-ci ayəsində buyurulur:

"Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz”

 

Allahın rəhmətinə ümid bəsləmək – İlahi peyğəmbələrin sərmayəsidir. Ona görədir ki, Əmirəl-möminin (ə) ümidsizliyi ən böyük bəla kimi tanıtmış və buyurmuşdur: 

 

"Ümidsizlik – öz sahibinin qatilidir”.

 

Allaha ümidsizlik – şirkdən sonra kəbirə günahlardan biri sayılır. İnsan əgər rəhmətdən məyus olarsa, günah edər. Əksinə əgər ümid bəsləyərsə, günah etsə belə, tövbə edər və bağışlanacağına ümidi olar.

 

Həzrət Sadiq (ə) buyurur: "Mömin mömin deyildir, məgər o halda ki, qorxar və ümidvar olar və qorxu və ümidinə görə əməl edər”.

 

Bir nəfər Əmirəl-möminin (ə) yanına gəlir və deyir ki, məni moizə et. Həzrət Əli (ə) buyurur: "O kəslərdən olma ki, axirət nicatına əməl olmadan ümid bəsləyər. Tövbəni uzun arzuların qaranlıq fəzasında istəyərlər. Dünya haqqında danışıqları – zahidlərin danışığı kimidir, ancaq əməlləri dünya istəyənlərin əməli kimidir”.

 

Bundan əlavə insanı günahdan çəkindirən əsas amil qəlbdə Allah xofunun olmasıdır. Bu olmasa həmin insanın əlindən bütün rəzalətlər və cinayətlər gələr. İnsan Allahdan qorxmalııdr. Əslində Allahdan qorxu dedikdə burada xof nəzərdə tutulur. Təbii ki burada əjdahadan qorxan, ondan daima uzaqda qalan və onu görmək istəməyən bir şəxin obrazı nəzərdə tutulmur.

 

İmam Sadiq bu hədisdə Allaha ümid bəsləməyin və ondan qorxmağın həddini belə izah edir:

 

"Allah ümidin olsun! Amma elə bir ümid yox ki səni günah etməyə cürətləndirsin, Allahdan qorx! Elə bir qorxu yox ki onun mərhəmətindən ümidini kəssin.”

Günay Cəfərova

LiderXeber.az


SON XƏBƏRLƏR


Yuxarı