2016-12-09 15:49

Məmmədyarov və Nalbandyan Hamburqda görüşdü

Görüş Hamburq şəhərində ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə baş tutub.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri Edvard Nalbandyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilib.

LiderXeber.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan "Twitter” səhifəsində yazıb.

Bildirib ki, görüş Hamburq şəhərində ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə baş tutub.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı