2016-12-09 14:53

"Avroviziya-2017" ilə bağlı son qərar

"Avroviziya-2016" yarışmasının qalibi ukraynalı ifaçı Cəmalə olmuşdu.

Avropa Yayım İttifaqının Baş Assambleyası "Avroviziya-2017" beynəlxalq mahnı yarışmasının Kiyevdə keçirilməsi barədə yekun qərar qəbul edib.

LiderXeber.az xəbər verir ki, bu barədə müsabiqənin təşkilatçılarından olan "UA: Birinci" telekanalının mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl "Bild" nəşri təşkilat komitəsinə istinadən məlumat yaymışdı ki, "Avroviziya" təşkilatçıları yarışmanın 2017-ci ildə Rusiyada keçirilməsi ilə bağlı danışıqlar aparırlar.

Telekanalın məlumatında isə qeyd olunur ki, artıq məsələyə nöqtə qoyulub: "Dekabrın 8-də İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Yayım İttifaqı Baş Assambleyasının iclasında yekun qərar qəbul edilib. Qərara əsasən, 2017-ci ildə beynəlxalq mahnı yarışmasını Ukrayna paytaxtı qəbul edəcək".

Müsabiqənin yarımfinalı mayın 9 və 11-nə, finalı isə mayın 13-nə planlaşdırılıb.

Xatırladaq ki, "Avroviziya-2016" yarışmasının qalibi ukraynalı ifaçı Cəmalə olmuşdu./trend/

Aylin Vəliyeva

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı