2016-12-09 12:27

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Azərbaycan Milli Məclisinin növbəti iclası dekabrın 16-da keçiriləcək.

Azərbaycan Milli Məclisinin növbəti iclası dekabrın 16-da keçiriləcək. 

LiderXeber.az APA-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib.

İclasda "2017-ci ilin dövlət büdcəsi”, "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunların, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları, İnzibati Xətalar, Torpaq məcəllələrinə, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”, "Avtomobil nəqliyyatı haqqında” qanunlara dəyişikliklər layihələrinin müzakirəsi, bir neçə ölkə ilə imzalanmış sənədlərin ratifikasiyası nəzərdə tutulub.

Yenidən hazırlanmış "Hərbi vəziyyət haqqında” qanun layihəsinin də iclasda müzakirəsi gözlənilir.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı